Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsveçin xarici işlər naziri Tobias Billströmün istefası ilə bağlı ironiyalı paylaşım edib. 

"Unikal" xəbər verir ki, Rusiya XİN rəsmisi bunu "fləşmob" adlandırıb.

“Tobias Billström vəzifəsini tərk edir. Ümid edirəm ki, ukraynalı həmkarıyla həmrəylik əlaməti olaraq istefa edir. Bu fləşmob NATO ölkələrində sadəcə olaraq viral olacaq”, - deyə Zaxarova yazıb.

Xatırladaq ki, Billström gələn həftə vəzifəsini tərk edəcəyini açıqlayıb.