Sam Marino millisi Lixtenşteyni məğlub edərək 2004-cü ildən sonra ilk qələbəsini qazanıb.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Serravala şəhərindəki Olimpiya Stadionunda milli komandalar arasında UEFA Millətlər Liqasının D Divizionunun ilk turunun oyunu keçirilib.
Görüş Sam Marino təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 53-cü dəqiqədə vurulan yeganə qolu hücumçu Niko Sensoli vurub.
Beləliklə, Sam Marino millisi son 20 ildə ilk qələbəsini qazanıb.
Fidan Nuriyeva