Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun 3-cü km-də (“Bravo” marketin yaxınlığı) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 6 sentyabr saat 22:00-dan etibarən  qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. 

Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

"Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - agentlik qeyd edib.