Ucar rayonu, Bərgüşad kəndində 17 yaşlı yeniyetmə 16 yaşlı qızı qaçırdıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, ana uşağını geri istəyir, onu qaytarmırlar:

"DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - paylaşımda qeyd olunub.