Samuxda baş verən yol qəzasında ölənlərin sayı ikiyə çatıb.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində "VAZ-21015" avtomobilinin sürücüsü, 1948-ci il təvəllüdlü Elxan Əhmədov da dünyasını dəyişib.

***22:09

Samuxda ölümlə nəticələn yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Hyundai" ilə "VAZ" markalı maşın toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, "Hyundai" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü, E.Əhmədov müxtəlif bədən xəsarətləri alıb, sərnişin 1945-ci il təvəllüdlü Gilə Məmmədova isə aldığl xəsarətlərdən ölüb.

Hadisə yerinə Samux RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

Tural Əhmədov