Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak edib. 

"Unikal" xəbər verir ki, səfirliklər stendləri vasitəsilə mədəniyyətlərini, milli mətbəxlərini və rəqslərini nümayiş etdiriblər. 

Azərbaycanın təqdimatı festival iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Xan Şuşinksi Fondunun təşkilatçılığı ilə festivalda xalqimızın milli mənəvi sərvəti olan və 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilən muğam musiqisi təqdim olunub. 

Xanəndə Nisbət Sədrayeva tarzən Rüstəm Müslümov və Əməkdar artist, kamançaçı Toğrul Əsədullayevin müşayiəti ilə bir çox muğam dəstgahlarını ifa edib. Musiqiçilərimizin ifası festival ziyarətçiləri tərəfindən alqışlarla qarşılanıb.