Çində 3 nəfərin ölümünə səbəb olan "Yagi" super qasırğası Vyetnama çatıb.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qasırğanın yaratdığı güclü külək nəticəsində baş verən qəzalarda Quang Ninh əyalətində 3, Hai Duong şəhərində 1 nəfər ölüb, 78 nəfər yaralanıb.

Qeyd edək ki, qasırğa bu gün səhər saatda 203 km/saat sürətlə küləyin əsməsinə səbəb olub.

Fidan Nuriyeva