Diyarbəkirdə itən və 19 gündür axtarılan 8 yaşlı Narinin meyiti tapılıb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, avqustun 21-dən axtarılan Narin Güranın cansız cəsədi yaşadığı kənddən 1,5 kilometr aralıda Sankitutmaz çayında tapılıb.

Azyaşlının yaşadığı məhəlləyə giriş-çıxış qadağan olunub, Narinin meyiti ekspertiza üçün Məhkəmə Tibb İnstitutuna aparılıb. Diyarbakır valisi Murat Zorluoğlu Narinin dərə kənarında çuval içində tapıldığını və şübhə doğurmamaq üçün çuvalın üzərinin daş və budaqlarla örtüldüyünü deyib.

Hadisə ilə bağlı 21 nəfər saxlanılıb.