Yasamal rayonu ərazisində evlərin birindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən ev sahibi oradan 74.000 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.Bağışov və 2 qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.