"Dəhlizin yaradılması və ona nəzarətin üçüncü tərəfə verilməsini nəzərdə tutan hər hansı bir məsələ müzakirə olunmur". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib. 

O, Naxçıvan yoluna nəzarətin özəl şirkətin mühafizəsinə verilməsi ilə bağlı sualı cavablandırarkən bildirib: "Biz demişik ki, üçüncü güclərin olması və üçüncü güclərin nəzarəti Ermənistan üçün istisnadır. Bu, bizim üçün qəbuledilməzdir və mövqeyimizdə heç nə dəyişməyib.

Əslində insanların təhlükəsizlik hissini bir dərəcə artırmaq üçün hər iki ölkədə lisenziyası olan, qatarda yük və ya sərnişinləri müşayiət edə biləcək özəl mühafizə şirkətini cəlb edə bilərik". 

Ağarza Elçinoğlu