Farer adalarının sahilləri yaxınlığında delfinlərin kütləvi qırğını baş verib.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, 150-dən çox delfin öldürülüb.
Kütləvi qırğın hər il keçirilən “festival” çərçivəsində baş verir. Delfinlər sahilə üzmək məcburiyyətində qalırlar, burada balıqçılar heyvanları bıçaqlamağa başlayırlar. Nəticədə ortaya dəhşətli mənzərə çıxır - çimərlik və su tamamilə qana boyanır.
Farer adaları özünü idarə edən arxipelaqdır və Danimarka Krallığının bir hissəsini təşkil edir.
Delfinlərin ənənəvi olaraq Farer adalarının əhalisi üçün mühüm qida mənbəyi olduğu deyilir.
Ağarza Elçinoğlu