Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsi rentgen qurğusundan keçərkən monitorda şübhəli təsvirlər müşahidə olunub və avtomobil əsaslı yoxlamaya cəlb edilib.
"Unikal" xəbər verir ki, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altındakı boşluqdan yivli odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan 23 ədəd 7,62x39 mm kalibirli patron və 1 ədəd sandıqça aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.