"Fənərbağça" Filip Kostiçi heyətinə cəlb edib.
"Unikal" xəbər verir ki, serbiyalı futbolçu ilə müqavilə bağlandığı açıqlanıb.
Kostiç İstanbul klubunda mövsümün sonuna kimi icarə əsasında oynayacaq. Müqavilənin şərtlərinə görə "Fənərbağça" 2025-ci ilin yayında 31 yaşlı futbolçunu tam hüquqlu transferini həyata keçirə bilər.
Qeyd edək ki, Filip komandaya "Yuventus"dan qoşulub. O, iki mövsüm ərzində Turin klubunda 87 oyunda 3 qol vurub, 15 ötürüb.