Seneqal millisinin hücumçusu Mbaye Nyanq karyerasını Mərakeş çempionatında davam etdirəcək.
"Unikal" xəbər verir ki, o, "Vidad" klubuna keçib.
Nyanq Şimali Afrika təmsilçisi ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Futbolçu yeni klubuna azad agent kimi keçib. Onun əvvəlki iş yeri İtaliya A Seriyasının “Empoli” klubu olub.
Forvard karyerasının əvvəlində "Milan", Monpelye", "Cenoa", "Uotford", "Torino", "Renn" və bir çox başqa klublarda çıxış edib.
Seneqal millisinin heyətində meydanda 15 oyun keçirən Nyanq bu görüşlərdə 4 qol vurub. "Transfermarkt" oyunçunun dəyərini cəmi 2,5 milyon avro qiymətləndirir.