Türkiyədə tanınmış  milli kikboksçu Caner Tikicieri silahla qətlə yetirilib. 

"Unikal" Türkiyə  mətbuatına istinadən xəbər verir ki, hadisə  İstanbulun Ataşehir səmtində qeydə alınıb. Belə ki, idmançı iki qrup arasında yaranan mübahisə zamanı başından güllə yarası alaraq öldürülüb.

Borc məsələsi zəminində baş verdiyi iddia edilən qətllə bağlı 3 nəfər saxlanılıb.

Gülayə Mecid