Ukrayna prezidenti Volodimir Zelenski Braziliya ilə Çin arasında sülh planını tənqid edib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.
Zelenskinin sözlərinə görə, o, yenidən Braziliya və Pekinə sülh təşəbbüsünü birlikdə müzakirə etməyi təklif edib.
"Niyə birdən qərara gəldiniz ki, Rusiyanın tərəfini tutmalı və ya ortada bir yerdə olmalısınız? Bizdən heç nə soruşmadan necə “bu bizim təşəbbüsümüzdür” təklifini verə bilərsiniz? Biz axmaq deyilik" , - Ukrayna lideri qəzəblənib.
Zelenski, həmçinin Braziliyanın Moskva ilə dialoq təkliflərini eləcə də kompromis istiqamətində qarşılıqlı addımları dağıdıcı adlandırıb.
Gülayə Mecid