"Bakı Şəhər Halqasında yarışmaq heç də asan deyil".

"Unikal" xəbər verir ki, bu sözləri "Alfa Tauri" komandasının pilotu Daniel Rikkardo Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O, Bakı ilə bağlı xoş xatirələrinin olduğunu vurğulayıb: "2017-ci ildə Azərbaycan Qran-Prisindən qalib kimi ayrıldım. Artıq aradan uzun zaman keçib. Yenidən eyni şəkildə mübarizə aparmaq asan olmayacaq. Amma xal qazanmaq üçün şanslar var".

Avstraliyalı sürücünün sözlərinə görə, yaxşı nəticə üçün komanda düzgün strategiya yerinə yetirməlidir: "Avtomobillərlə bağlı bütün problemlər həll olunub. Çox iş görmüşük. Həftəsonu formada olduğumuzu göstərməliyik".