Saatlıda ata avtomobili arxaya verərkən iki yaşlı oğlunu vurub.

"Unikal" xəbər verir ki, 1992-ci il təvəllüdlü, Saatlı rayon sakini Əskərov Elşən Seyfulla oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "VAZ 21061" markalı avtomobil ilə yaşadığı evin həyətindən çıxdığı vaxt arxaya sürərkən 2022-ci il təvəllüdlü oğlu Sənan Əskərovun avtomobilin altında qalması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Saatlı RPŞ-də CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.