Vyetnamın şimalına təsir edən “Yagi” qasırğası nəticəsində ölənlərin sayının 233-ə yüksəldiyi bildirilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Vyetnam Fəlakətin Qarşısının Alınması və Nəzarət Agentliyi Yagi tayfununun fəsadları ilə bağlı açıqlama verib. 

Açıqlamada tayfunun törətdiyi fəlakətlər və qəzalar nəticəsində həyatını itirənlərin sayının 233-ə yüksəldiyi bildirilib. Açıqlamada 103 nəfərin hələ də itkin düşdüyü, 823 nəfərin yaralandığı bildirilib. 

Vyetnam administrasiyası qasırğadan zərər çəkmiş bölgələrdə yardım və xilasetmə əməliyyatlarının aparılması üçün minlərlə hərbçi təyin edib və ölkənin şimalındakı sahilyanı şəhərlərdən 50 mindən çox insan təxliyə edilib. 

Gülayə Mecid