Moskva Türkiyəyə Rusiyanın Krımla bağlı mövqeyini izah etməyə davam edir.
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Ərdoğanın “Krımın Ukraynaya qaytarılmasını” beynəlxalq hüququn tələbi adlandıran bəyanatını şərh edərkən deyib.
"Ümumiyyətlə, bu mövzu bizim türk dostlarımız arasında mövcud olan fikir ayrılıqları kateqoriyasına aiddir, həqiqətən də, biz tamamilə razı deyilik”, – Peskov qeyd edib.
Kreml nümayəndəsi qeyd edib ki, Moskva Türkiyəyə öz mövqeyini daha da izah etmək cəhdlərini dayandırmır. Peskov ümid etdiyini bildirib ki, zaman keçdikcə Ankara Rusiyanı daha yaxşı başa düşəcək və arqumentlərlə razılaşacaq.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Birləşmiş Ştatlar Türkiyəyə açıq təzyiq göstərir, onları respublikanın iqtisadiyyatı üçün fəsadları ilə qorxutmaqdan yuxarı deyil. Lakin Ankara yalnız öz maraqlarını rəhbər tutmaqda davam edir. Peskov qeyd edib ki, Rusiya Türkiyə ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə davam edir.
Sentyabrın 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krımın Ukraynaya qaytarılmasını beynəlxalq hüququn tələbi adlandırıb.. Türkiyə lideri həmçinin Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyini davam etdirdiyini bəyan edib.
Gülayə Mecid