Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Ağadadaş Ağayev balta ilə insident törətdiyi "Medera Hospital"ı məhkəməyə verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, artıq iş icraata götürülüb və məhkəmənin hazırlıq iclasının vaxtı təyin olunub.
Belə ki, məhkəmə iclası oktyabr ayının 10-da saat 15:00-da Binəqədi Rayon Məhkəməsinin hakim Nigar Nəbizadənin sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, A.Ağayev "Medera" klinikası barəsində mənəvi zərərin ödənilməsi ilə bağlı şikayət verib.
Qeyd edək ki, hadisə iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.
Murad İbrahimli