Bolqarıstanda L-39 ZA hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Texniki hökumətin müdafiə naziri Atanas Zapryanov L-39 ZA hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Üçüncü Hava Bazasındakı aviaşounu ləğv edir. Hadisə şənbə günü keçiriləcək aviaşouya hazırlıq zamanı baş verib. Faktla bağlı araşdırma aparılır. Yanğınların lokallaşdırılması və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülüb", - deyə məlumatda bildirilir.
Digər təfərrüatlar verilmir.
Ağarza Elçinoğlu