İngiltərə Premyer Liqasının dördüncü turu çərçivəsində "Sauthempton" klubu doğma meydanda "Mançester Yunayted"lə qarşılaşıb.
"Unikal" xəbər verir ki, gərgin keçən qarşılaşmada qonaqlar 3:0 hesablı qələbəyə seviniblər.
"Qırmızı şeytanlar"ın heyətində 35-ci dəqiqədə De Layt, 41-ci dəqiqədə Reşford, oyunun əsas vaxtına artırılmış 6-cı dəqiqədə isə Qarnaço fərqləniblər.
Meydan sahiblərinin futbolçusu Arçer 33-cü dəqiqədə penaltidən yararlana bilməyib. 79-cu dəqiqədə isə Stefens birbaşa qırmızı vərəqə alaraq meydan sahiblərini azlıqda qoyub.
Bu qələbə ilə xallarının sayını 6-ya çatdıran "Mançester Yunayted" səkkizinci pilləyə yüksəlib. Dörd turdan sonra xalsız qalan "Sauthempton" isə hazırda 19-cu pillədədir.