Türkiyəli məşhur aktyor Ferit Kayanın dünən toyu olub.

"Unikal" xəbər verir ki, aktyor nişanlısı Yasemin Ceren Topçu ilə ailə qurub.

Cütlüyün toyu aktyorun doğulduğu Diyarbakır şəhərində olub.

Qeyd edək ki, Ferit "Yarqı", "Kübra", "Alparslan: Büyük Selçuklu", "Çukur", "Kuzgun", "Arka sokaklar", "Muhteşem Yüzyıl Kösem", "Muhteşem Yüzyıl", "Öyle Bir Geçer Zaman ki" kimi məşhur seriallarda rol alıb.