Xəbər verdiyimiz kimi, ABŞ teleserial sənayesinin ən prestijli mükafatlarından biri olan "Emmy" ötən axşam təşkil edilən mərasimdə sahiblərini tapıb.
"Unikal" xəbər verir ki, nükafatlandırma mərasimi Peacock Teatrında baş tutub və aparıcılıq edən aktyorlar Eugene və Den Levy olub. Onlar verilişi aparan ilk ata-oğul dueti kimi tarixə düşüblər. Qırmızı xalçada Cennifer Eniston, Bri Larson, Meril Strip, Riki Martin, kiçik Robert Dauni və başqaları kimi bir çox ulduz görüntülənib. Yadda qalan geyimlər arasında Enistonun uzun, su pərisi üslublu mirvari paltarı olub.