“Vitoriya Gimarayeş” Portuqaliya çempionatının 5-ci turu çərçivəsində səfərdə “Braqa”ya qalib gəlib (2:0).
"Unikal" xəbər verir ki, matçda xoşagəlməz hal yaşanıb. Azarkeşlər görüşün 2-ci hissəsində qonaqların futbolçusu Bruna Qaşpara şüşə butulka atıblar. Butulka oyunçuya dəyib və o, yerə yıxılıb. 31 yaşlı müdafiəçi yıxıldıqdan sonra azarkeşlər ona yad əşyalar atmağa davam ediblər. Hakim oyunu bir neçə dəqiqə dayandırmalı olub.
Qeyd edək ki, Bruna Qaşpar bu mövsüm 8 oyun keçirib və 2 qolun ötürməsini verib.
Vitória SC, Caso, Bruno Gaspar, 67m
— VSPORTS ARCHIVE (@VsportsArchive) September 15, 2024
Estão a ser arremessados objetos contra Bruno Gaspar, caído no relvado. Foi atingido por uma garrafa de água.#LigaPortugalBetclic #SCBVSC pic.twitter.com/IVeSe7OpJG