Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayevi həbs cəzası gözləyir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatında deyilir. 

İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, Paşayevə qarşı külli miqdarda dələduzluq maddəsi ilə cinayət iş açılıb. Bu maddə ilə cəzanın maksimum müddəti 10 ildir. Bundan əlavə, vəkili bir milyon rubla ( 18 600 AZN) qədər cərimə gözləyir.

***08:59

Moskvada tanınmış azərbaycanlı vəkil Elman Paşayev saxlanılıb.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb. 

Rusiya İstintaq Komitəsinin məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Moskvada Aleksey Blinovski ilə şəxsi görüşü zamanı külli miqdarda pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı, blogger Yelena Blinovskayanı əvvəllər barəsində açılmış cinayət işi üzrə cinayət məsuliyyətindən azad etmək imkanı əldə etdiyinə əmin olub.

Razılığa gələn Paşayev Blinovskidən xüsusilə külli miqdarda pul alıb.

Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Gülayə Mecid