ABŞ-də prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi edən amerikalının Rusiya prezidenti Vladimir Putinə və Şimali Koreya lideri Kim Çen Ina hücum etmək istədiyi bildirilib.
"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Bildirilib ki, prezidentliyə namizəd Donald Trampa sui-qəsddə şübhəli bilinən amerikalı Rayan Uesli Rootun daha əvvəl Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Ina hücum etmək istəyib.
ABŞ Dövlət Departamenti Rutla bağlı əvvəllər də əlaqə saxlayıb. Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sara Adams jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynada olan könüllülər həmin şəxsi “dəli” və “fırıldaqçı” adlandırıblar.
Xatırladaq ki, sentyabrın 15-də Məxfi Xidmət agentləri Trampın oynadığı "West Palm Beach" qolf klubuna atəş açıb. Məxfi Kəşfiyyat İdarəsindən biri kolların arasında silahı görüb və bunu sui-qəsd cəhdi kimi qiymətləndirib. Həmin şəxs saxlanılıb.
Qeyd edək ki, hadisə Pensilvaniyada Trampa sui-qəsddən iki ay sonra baş verib.
Zərifə Nağıyeva