ABŞ-dən olan ikiqat olimpiya çempionu Otis Devis həyatla vidalaşıb.

"Unikal" xəbər verir ki, məlumatı Dünya Atletikası (World Athletics) yayıb.

Atlet 92 yaşında ölüb.

Qeyd edək ki, Otis Devis 1960-cı ildə İtaliyanın paytaxtı Romada keçirilən olimpiadada 400 və 4x400 metr məsafəyə estafet qaçışında qızıl medal qazanıb.