Səudiyyə Ərəbistanının “Əl Nəsr” Futbol Klubu portuqaliyalı mütəxəssis Luis Kastronun baş məşqçi postundan uzaqlaşdırıldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə komandanın X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

“Komandada hər kəs Luisə və onun məşqçilər heyətinə son 14 ayda gördüyü işlərə görə təşəkkür edir. Gələcəkdə uğurlar arzulayırıq”, - deyə klubun açıqlamasında bildirilir.

63 yaşlı Kastro 2023-cü ilin iyulundan "Əl-Nəsr"ə rəhbərlik edir. Bu müddət ərzində klub bütün yarışlarda 54 oyun keçirib, 36 dəfə qalib gəlib, doqquz dəfə heç-heçə edib, doqquz dəfə məğlub olub.