Mingəçevirdə 30 yaşlı kişiyə kəsici alətlə ağır xəsarət yetirilib.
"Unikal"ın məlumatına görə, 1994-cü il təvəllüdlü Nəbiyev Teymur Arif oğlu evindən çağrılaraq naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.
Eyni zamanda ona kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri yetirilib.
Yaralı şəxs xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis şöbəsinə daxil olan döyülmə və kəsici-deşici xəsarət yetirmə faktı ilə bağlı Polis Şöbəsində araşdırma başlanıb.
Ehtiram Muradov