"Ermənistan Rusiyanın yaxın tərəfdaşıdır və Moskva ilə İrəvan arasında təmaslar davam edəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri ilə bağlı məsələlər Ermənistan dövlətinin suveren hüquqları sahəsinə daxildir.
"Biz qəti şəkildə Paşinyanla razılaşmamalıyıq, Ermənistanın suverenliyinə heç bir təhlükə KTMT-dən gələ bilməz və gəlmir, əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyini qoruyur".
Kreml nümayəndəsinin sözlərinə görə, Moskva bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdırmağa çalışacaq.
Gülayə Mecid