İsrail kəşfiyyatı "Mossad"la bağlı 56 nəfər türkiyədə məhkəmə qarşısına çıxıb: onlardan 37-si həbs edilib, 19-u azadlığa çıxıb.
"Unikal" xəbər verir ki, bu bardə "CNN Türk" telekanalı məlumat yayıb.
"İsrail kəşfiyyatının xeyrinə casusluqda günahlandırılan cəmi 56 müttəhimin mühakimə olunduğu işdə iki nəfərin hər biri “casusluq məqsədilə qadağan olunmuş məlumatları əldə etmək” ittihamı ilə 8 il 4 ay həbs cəzasına məhkum edilib, daha 35 müttəhim hər biri 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib”, - telekanal məlumatda qeyd olunub.