Ağstafa Rayon Polis Şöbəsinə rayonun Sadıqlı kənd sakini A. Paşşanovun kəsici alətlə kürək nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində hadisəni 2008-ci il təvəllüdlü E.İbrahimlinin törətməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir

***

16:58

Ağstafa sakini bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndi ərazisində baş verib.

Kənd sakini 15 yaşlı A.Paşalı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov