39 yaşlı kişi öavtomobillə vurularaq öldürülüb.

"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki, qətl hadisəsi ötən axşam Yevlaxda, Nizami parkının yaxınlığında törədilib. Rayon prokurluğuna 39 yaşlı Elvin İbrahimovun ölməsi barədə məlumat daxil olub. Araşdırma zamanı 43 yaşlı  Zamin Cavadovun şəxsi münasibətlər zəmnində Elvin İbrahimovu avtomobillə vurmasına, daha sonra isə həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yaxınları iddia edirlər ki, şübhəli şəxs əvvləcə Elvinin İbrahimovun idarə etdiyi minik avtomobilini öz maşını ilə vurub, sonra isə özünün üzərindən keçib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən adamöldürmə maddəsilə cinayət işi başlanıb. Zamin Cavadov iş üzrə şübhəli şəxs qismində tutulub.