Tovuz rayon Xatınlı kənd sakini, 35 yaşlı Şahməddin Cəfərov həmkəndlisi tərəfindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci il təvəllüdlü Elman Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Murad İbrahimli