Ölkə müharibəyə hazırlaşmalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko açıqlayıb.
"Köhnə bir deyim var: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Mən bir daha vurğulamaq istəyirəm biz müharibəyə getmirik, müharibə etmək istəmirik... Bütün bunlar artıq deyilib. Müxaliflərimiz, bizə qarşı döyüşə gedənlər bunu eşidirlər, amma öz işlərini görürlər. Ona görə də biz müharibəyə hazırlaşmalıyıq", - Lukaşenko Brest vilayətindəki Obuz-Lesnovski düşərgəsində keçirilən görüşdə deyib.
O əlavə edib ki, Rusiyanın cəbhə xəttində baş verən hadisələr, eləcə də son illərdə dünyada baş verən hərbi münaqişələrin təcrübəsi nəzərə alınmaqla, Belarus ordusunda artıq 4 dəfə islahatlar aparılıb.
Ağarza Elçinoğlu