"Google" Rusiyada yeni hesabların yaradılmasını məhdudlaşdırıb.

"Unikal" xəbər verir ki, məlumatı Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi təsdiqləyib.

Nazirlikdən Rusiyadakı "Google" istifadəçilərinə məlumatlarının nüsxələrini yaratmaq tövsiyə edilib. 

Həmçinin, bildirilib ki, Rusiya mobil operatorları ilə "Google" hesabları yaratmaq istəyərkən təsdiqləyici kod telefon nömrəsinə gəlmir. Beləliklə, yeni hesab yaratmaq mümkün olmur.

Zərifə Nağıyeva