ABŞ-nin Ukrayna siyasətinə görə dünya nüvə münaqişəsinə daha da yaxınlaşıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş kəşfiyyatçısı Skott Ritter öz məqaləsində bildirib.
"Keçən həftə biz ABŞ və Rusiya arasında nüvə münaqişəsinə 1962-ci ildəki Kuba Raket Böhranından bəri heç vaxt olmadığı qədər yaxınlaşdıq. Bu gün biz daha da yaxınlaşmışıq”, - deyə o vurğulayıb.
Amerikalı hərbçi əlavə edib ki, həm Birləşmiş Ştatlar, həm də Avropa Rusiyanı “kritik nöqtəyə” çatdırmaq üçün “gedərək daha həyasız eskalasiya hərəkətləri” həyata keçirir.
Ritterin fikrincə, ABŞ-nin Rusiyanı zəiflətmək siyasəti uğursuzluğa düçar olub, çünki Rusiya dörd yeni ərazini - Xerson və Zaporojye vilayətlərini, DXR və LXR-i ilhaq edib.
Gülayə Mecid