İran prezidentinin birinci müavini yaxın günlərdə Ermənistana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə ölkə prezidenti Məsud Pezeşkian açıqlayıb.
"Xarici işlər naziri və mən Nyu-Yorkda region və dünya rəsmiləri ilə görüşərkən, iqtisadiyyat naziri Özbəkistanda Asiya ölkələrinin nümayəndələri ilə danışıqlar aparır. Yaxın günlərdə birinci müavinim Pakistan və Ermənistana səfər edəcək. Ümid edirik ki, bu məsləhətlər insanlara daha yaxşı yaşamağa kömək edəcək. 14-cü hökumət Qərbdən Şərqə, Nyu Yorkdan Səmərqəndə qədər dünya ilə siyasi və iqtisadi diplomatiya axtarır. Biz söz verdiyimiz kimi Şərq və Qərblə milli maraqlar əsasında əməkdaşlıq edəcəyik", - İran prezidenti özünün X sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
Ağarza Elçinoğlu