Amerika Birləşmiş Ştatlarından olan bir cütlük iki aylıq körpəsini 6 şüşə pivə qarşılığında tanımadıqları şəxsə satmaq istəyiblər.
"Unikal" xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat dərc edib.
KİV-in məlumatına görə, Darien Urban və Shalin Ehlers cütlüyü tanımadıqları kişiyə uşağını satıblar. Alıcının sözlərinə görə, o, körpənin təhlükədə olduğunu anlayıb və cütlüyə 1000 dollar təklif edib. Lakin çox keçmədən məlum olub ki, bu pul onlara pivə almaq üçün lazımdır.
Hadisə şahidlərinin sözlərinə görə, cütlük uşaqla bağlı valideynlik hüquqlarından imtina etdikləri müqavilə də imzalayıb. Hadisənin şahidləri polis çağırıb, hüquq-mühafizə orqanları cütlüyü saxlayıb.
Gülayə Mecid