Rusiyalı milyarder Musa Bajaevin oğlu, polisə hücumda şübhəli bilinən Timur Bajaev həbsdən azad edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, bu, onun həbsindən bir ay keçməmiş Zamoskvoretski məhkəməsinin qərarı ilə baş verib.
Mənbə bildirib ki, Bajaevin işi İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq Komitəsindən idarənin mərkəzi aparatına verilib. Müdafiə tərəfi daha sonra onun həbsindən verdiyi apellyasiya şikayətini geri götürüb.
Qeyd edək ki, 23 yaşlı Timur Bajaev iyulun 28-də Moskvada polislə davaya görə saxlanılıb. Musa Bajaev tikinti, neft sənayesi ilə məşğul olan “Qruppa Alyans” konserninin prezidenti və ortaq sahibidir. O, həm də Uzaq Şərqdə və Krasnoyarsk diyarında əlvan metal yataqlarının emalı ilə məşğul olan “Russkaya platina” Şirkətlər Qrupunun direktorlar şurasının sədridir.
Gülayə Mecid