Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vahur Karus, Moskvanın NATO ölkələrinə hücuma hazırlaşdığına dair əlamətlər olarsa, ölkənin Rusiyaya qarşı qabaqlayıcı zərbə endirməyə hazır olması ilə bağlı rezonanslı bəyanatla çıxış edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, generalın sözlərinə görə, Estoniya müttəfiqlərini dəstəkləmək üçün alyans qarşısında götürdüyü öhdəliklər çərçivəsində hərəkət edəcək.
General-mayor Karus çıxışında Rusiyadan gələn hər hansı təhlükəyə operativ reaksiya verilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Estoniya hərbçiləri həm öz ərazisini, həm də NATO-nun maraqlarını qorumaq üçün aktiv fəaliyyət göstərməyə hazırdır.
O qeyd edib ki, Estoniya Rusiyanın hərbi fəaliyyətini diqqətlə izləyir və təcavüzə hazırlıq əlamətləri aşkar olunarsa, tədbir görməyə hazırdır.