Göyərtəsində Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetanin və iş adamı Aleksey Semyonovun olduğu "Robinson" helikopteri radardan itib.
"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, Fövqəladə hallar xidmətinin məlumatına görə, təyyarə Bıçye kəndindən Primorsk rayonunun Karandashevskaya kəndi istiqamətində hərəkət edərkən bataqlıq əraziyə düşüb.
İtmiş helikopterin ekipajının uçmağa icazəsi olmayıb. Hazırda axtarışlar aparılır.