Amerikalı iş adamı İlon Mask, Britaniya investisiya forumunun iştirakçıları siyahısından çıxarılması xəbərini şərh edərkən, heç kimə "məhkum pedofillərin azad edildiyi" Birləşmiş Krallığa getməməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, Mask bu barədə "X" hesabında yazıb:
“Mən düşünmürəm ki, kimsə sosial şəbəkələrdəki paylaşımlarına görə insanları həbs etmək üçün məhkum edilmiş pedofilləri azad edən Böyük Britaniyaya getsin”.
Qeyd edək ki, iş adamı Britaniyadakı iğtişaşlarla bağlı yazılarına görə oktyabrın 14-də keçiriləcək Britaniya hökumətinin investisiya forumuna dəvət olunmuş iştirakçılar siyahısından çıxarılıb.