Ukrayna prezidenti Volodimir Zelenskinin adına məişət əşyaları, o cümlədən siçovul tələləri, yumurta kəsənlər və bakteriyaların çoxalması üçün inkubatorlar üçün ticarət nişanı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
ZELENSKYY ticarət nişanı İsveçrədə yerləşən Ümumdünya Əqli Mülkiyyət Təşkilatında qeydiyyata alınıb. Bu brend altında məhsullar Kanada, Aİ, Böyük Britaniya, Gürcüstan, İsrail, Yaponiya, Türkiyə, ABŞ, Ermənistan, İsveçrə, Çin və Moldovada satıla bilər.
Sənədlərə əsasən, brend yüzlərlə məişət məhsulu, o cümlədən elektron siqaretlər üçün akkumulyatorlar, təkrar doldurulan akkumulyatorlar, elektronika, ana südünü yoxlayan aparatlar, rentgen aparatları, MRT aparatları satmağı planlaşdırır. Eyni siyahıya bakteriyaların çoxalması üçün inkubatorlar daxildir.
Gülayə Mecid