ABŞ-nin Alabama ştatında ABŞ tarixində azotdan istifadə edən məhkumun ikinci edamı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" (AP) yazır.
Məlumata görə, edam 59 yaşlı Alan Eugene Miller üzərində həyata keçirilib. O, 1999-cu ildə 3 nəfəri öldürməkdə şübhəli bilinirdi.
Hazırda Alabama, Oklahoma və Missisipi ştatlarında təmiz azotdan istifadə edilən edamlar qanunidir. Ölümə məhkum edilmiş şəxs yalnız azotla doldurulmuş maska ilə nəfəs alır və nəticədə ölümcül hipoksiya yaranır.
Bu şəkildə edam edilən ilk şəxs 1988-ci ildə bir vaizin arvadını sifarişlə öldürməkdə günahlandırılan Kennet Smit idi. Onun edamı da Alabama ştatında həyata keçirilib.