Ötən gecə israilli müzakirəçilər Vaşinqtonun İsrail və Livan arasındakı münaqişənin həlli təklifini müzakirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Bizim komandalarımız ABŞ-nin təşəbbüsünü müzakirə etmək üçün görüşdülər ... Biz bu müzakirələri yaxın günlərdə davam etdirəcəyik",- o vurğulayıb.
İsrail Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, son vaxtlar Vaşinqtonun İsrail və Livan arasında gərginliyin aradan qaldırılması təşəbbüsü ətrafında çoxlu yalan məlumatlar ortaya çıxıb.
Sentyabrın 26-da Netanyahunun ofisi Livan Hizbullah hərəkatı ilə iddia edilən atəşkəs danışıqlarına dair xəbərləri rədd edib.