Ermənistan-Rusiya münasibətlərində problemlər var.
"Unikal" xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.
O, 44 günlük müharibənin dördüncü ildönümü ilə bağlı Yerablur hərbi qəbiristanlığına baş çəkərkən jurnalistlərlə deyib: "Ancaq mən hesab edirəm ki, biz tarazlığı saxlamalı və bütün problemləri aradan qaldırmağa çalışmalıyıq".
Baş nazirin müavininin sözlərinə görə, regionda vəziyyət daha mürəkkəbdir: "Buna uyğun olaraq, təbii ki, izahatları tam verilməyən çoxlu problemlər yaranır. Hesab edirəm ki, biz izahatları başa düşməyə və düzgün qərarlar qəbul etməyə çalışmalıyıq".
Ağarza Elçinoğlu