Müğənni Lana Del Rey sevgilisi Ceremi Düfrenlə evlənməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə TMZ tabloid məlumat yayıb.

Nəşrin məlumatına görə, ifaçı evlilik üçün artıq gün seçib. 

Lana Del Reyin sevgilisi Ceremi Düfren timsah ovçusu olub. Sosial şəbəkələrdə istifadəçilər müğənninin sevgilisini təhlükəli işinə görə tənqid ediblər. O, həmçinin Arthur's Air Boat Tours-da bələdçi kimi  işləyib. Jurnalistlər Düfrenin iki övladı olduğunu öyrəniblər. O, 4 ildir ki, müxtəlif intervallarda Lana Del Rey ilə fotolarını sosial şəbəkələrdə yayımlayır.